Putin müharibənin bitməsini istəyir

Putin müharibənin bitməsini istəyir. Sülh təklifi masadadır. Ümid edirik ki, o, vədinə əməl edəcək.
Crossmedia.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu fikirləri Fox News-a müsahibəsində səsləndirib. O, aparıcının “Putin sadəcə sizinlə oynayır” sözlərinə cavab olaraq bildirib:
“Düşünürəm ki, o, dialoqa nail olmaq üçün səmimi addımlar atdı. Bunu Alyaskadakı sammitdə də etdi. Bu, çox çətin münaqişədir, lakin prezident (Tramp nəzərdə tutulur) onun sona çatmasına qətiyyətlə çalışır”.
Uitkoff həmçinin vurğulayıb ki, sülh razılaşmasının əldə olunması üçün Putinin şəxsən danışıqlarda iştirak etməsi tələb olunur.
Nihat Tahirov
11:33 27.08.2025
Oxunuş sayı: 909