“Joğovurd”: Azərbaycanda anadan olmuş Harutyunyan Ermənistan KM-nin aparat rəhbəri təyin edilib

Ermənistan Konstitusiya Məhkəməsinin Aparatında maraqlı dəyişikliklər baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, xüsusilə, Ermənistan Konstitusiya Məhkəməsinin Aparat rəhbəri Samvel Arakelyan vəzifəsindən azad olunub və Konstitusiya Məhkəməsi sədrinin müşaviri vəzifəsinə keçirilib.
“Onu isə əvəzləyən şəxs Azərbaycanda anadan olmuş Armen Harutyunyan olub.
Xatırladaq ki, Samvel Arakelyan vaxtilə ictimai-siyasi xadim Edgar Qazaryan əleyhinə ifadə verən şəxs olub ki, bunun əsasında da Qazaryanın ictimai çıxışı məhdudlaşdırılıb, ona qarşı ittiham irəli sürülüb. Görünür, məhz bu xidmətinə görə Arakelyanı sistemdən kənarlaşdırmayıblar. Amma bundan belə, bu təyinatlar zənciri faktiki olaraq təkcə sırf kadr dəyişikliyi deyil, həm də keçmişin gərgin hadisələrini xatırladır”, - deyə müəllif bildirib.
09:43 27.08.2025
Oxunuş sayı: 626