Markov: Mənimlə bağlı saxta videolar yayılır

Politoloq Sergey Markov mediada artan hücumlarla bağlı açıqlama verib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o bildirib ki, internetdə onun iştirakı ilə hazırlanmış saxta videolar və uydurma sitatlar yayılır.
“Deep fake" materialların meydana çıxmasının səbəbi aydındır: politoloq Markovu gözdən salmağa və guya Markovun pis olduğunu sübut etməyə çalışırlar. Amma buna demək olar ki, heç kim inanmır. Elə buna görə də feyklər uydururlar. Hazırda çoxlu saxta məlumat var”, – deyə Markov qeyd edib.
Pərvin Hacıyeva
21:55 26.08.2025
Oxunuş sayı: 805