Almaniya Fələstini tanımaq niyyətində deyil

Almaniya bəzi tərəfdaşlarının mövqeyinə baxmayaraq, Fələstin dövlətini tanımaq fikrində deyil.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə kansler Fridrix Merts Kanada baş naziri Mark Karni ilə birgə mətbuat konfransında açıqlama verib.
“Biz bu təşəbbüsə qoşulmayacağıq. Dövlətçiliyin tanınması üçün lazım olan şərtlər heç bir halda yerinə yetirilməyib”, – deyə kansler bildirib.
Onun sözlərinə görə, son günlərdə və saatlarda baş verən hadisələr də Almaniyanın mövqeyini dəyişməyib.
Mers əlavə edib ki, Almaniya hökuməti BMT Baş Assambleyasının sessiyasında da Fələstini tanımaq niyyətində deyil
Pərvin Hacıyeva
14:39 26.08.2025
Oxunuş sayı: 831