İran XİN Avstraliyanın ittihamlarını rədd etdi

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Baqai Avstraliya hökumətinin ölkədəki iranlı diplomatları ölkədən çıxarmaq qərarına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Onun sözlərinə görə, Tehran bu addıma cavab tədbirlərini müzakirə edir. Baqai, həmçinin, Kanberranın İran hökumətini ölkədəki antisemit hücumlarda ittiham etməsini “tamamilə əsassız” adlandırıb.
Diplomat vurğulayıb ki, İranın mədəniyyətində, tarixində və dini dəyərlərində antisemitizmə yer yoxdur: “Antisemitizm Qərbə və Avropaya məxsus bir anlayışdır”.
Xumar Emilqızı
14:35 26.08.2025
Oxunuş sayı: 609