Slovakiya Ukraynadan “Drujba” neft kəmərinə hücum etməməyi xahiş etdi

Slovakiyanın Xarici İşlər naziri Yuray Blanar Ukrayna tərəfinə enerji infrastrukturasına hücumlardan çəkinməyi xahiş edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Blanar bildirib ki, Avropa Komissiyasına göndərilən məktub “Drujba” neft kəmərinə edilən hücumlarla əlaqədar strateji enerji infrastrukturasının qorunmasını əhatə edir.
O vurğulayıb ki, belə hücumlar yalnız Slovakiyaya deyil, həm də Ukraynaya ziyan vurur.
Pərvin Hacıyeva
12:28 26.08.2025
Oxunuş sayı: 1179