Erməni əsilli oliqarx Samvel Karapetyan dindirildi

Rusiyalı oliqarx Samvel Karapetyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında pulların yuyulması ilə bağlı istintaq çərçivəsində dindirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məlumatına görə, sorğu-sual qısa müddət davam edib.
Qeyd olunur ki, Karapetyan bu, ümumilikdə dördüncü dəfə ifadə verir. Onun iki dəfə “bizim üslubumuzla” ifadəsi ilə bağlı epizod üzrə, bir dəfə isə pul yuyulması ittihamı üzrə dindirildiyi bildirilir.
Xumar Emilqızı
11:44 26.08.2025
Oxunuş sayı: 897