Avstraliya İrandakı səfirini geri çağırdı

Avstraliyanın baş naziri Entoni Albanese və xarici işlər naziri Penni Vonq bəyan ediblər ki, İran Melburndakı sinaqoqa və Sidneydəki kaşer restorana edilən hücumların arxasında dayanır. Bu səbəbdən İranın Avstraliyadakı səfiri persona non-qrata elan olunub və üç əməkdaşı ilə birlikdə yeddi gün ərzində ölkəni tərk etməlidir.
Crossmedia.az bildirir ki, Avstraliya həmçinin Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb, öz vətəndaşlarını ölkəni tərk etməyə çağırıb və yaxın vaxtlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunu (KİRK) terrorçu təşkilat kimi tanımaq niyyətindədir.
Mehriban Yariyeva
11:36 26.08.2025
Oxunuş sayı: 536