Rusiyada tacik vətəndaşına 8 il həbs cəzası verildi

Rusiyada Tacikistan vətəndaşı isirik (harmala) bitkisini ölkəyə gətirməyə cəhd etdiyi üçün 8 il azadlıqdan məhrum edilib. Məlumata görə, qadın hava limanında saxlanılıb və ona Rusiya Cinayət Məcəlləsinin 228 və 229.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Crossmedia.az bildirir ki, 2024-cü ilin fevral ayından etibarən isirik tərkibində halusinogen xüsusiyyətlərə malik hamin maddəsi olduğuna görə narkotik tərkibli bitkilərin siyahısına daxil edilib. Bu səbəbdən onun saxlanılması və daşınmasına görə Rusiya qanunvericiliyi bir milyon rubla qədər cərimə və ya uzunmüddətli həbs cəzası nəzərdə tutur.
Mehriban Yariyeva
11:29 26.08.2025
Oxunuş sayı: 547