Boqutski: Ukrayna üçün Starlink ödənişləri davam etdiriləcək

Polşa Prezident Administrasiyasından bildirilib ki, Ukrayna üçün Starlink internet xidməti dayandırılmayacaq.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, PA rəhbəri Zbignyev Boqutski rəqəmsal nazir Havkovskinin xidmət üçün ödənişin dayandırılacağı barədə açıqlamasını təkzib edib.
Boqutski qeyd edib ki, prezidentin veto hüququ Starlink-in dayandırılmasına təsir etmir, çünki xərclər mövcud qanunvericiliyə əsasən maliyyələşdirilir və prezidentin Seymə təqdim etdiyi layihə bu qaydanı qoruyur. Eyni qayda Ukrayna administrasiyasının məlumatlarının təhlükəsiz yerdə saxlanmasına da şamil edilir.
Pərvin Hacıyeva
10:58 26.08.2025
Oxunuş sayı: 667