Erməni hərbi qulluqçu güllə yarası alıb, hərbi hospitala yerləşdirilib

Avqustun 25-də Göyçə vilayətində hadisə baş verib.
Crossmedia.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin (MN) Hərbi Polis İdarəsinin Göyçə hərbi polisinə əməliyyat məlumatları daxil olub ki, MN-in hərbi hissələrindən birinin mövqelərində atəş açılıb və yaralı var.
Yerindəcə məlum olub ki, daxil olmuş əməliyyat məlumatı doğru imiş. Yaralı erməni hərbi qulluqçu İrəvandakı “Muratsan” hərbi hospitalına yerləşdirilib.
Hadisə yerinə Ermənistan MN-in hərbi polisinin və Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin qarnizon istintaq şöbəsinin müstəntiqləri gəliblər.
Faktla bağlı istintaq şöbəsində cinayət işi başlanıb.
Məlumata görə, xəstəxanaya yerləşdirilən erməni hərbi qulluqçu Ağrı vilayətinin sakini olub.
Baş verənin silahdan istifadə qaydalarının pozulması, intihara cəhd, yoxsa qəsdən adam öldürməyə cəhd olduğu aydınlaşdırılır.
Ermənistan MN açıqlama yayaraq bildirib: “Hərbi qulluqçuya təcili cərrahi müdaxilə edilib, Mərkəzi Klinik Hərbi Hospitalına köçürülüb. Hazırda hərbi qulluqçu hospitalın həkimlərinin nəzarəti altındadır və onun həyatına təhlükə yoxdur”.
10:08 26.08.2025
Oxunuş sayı: 645