İsrail Ordusu Qəzza zolağında xəstəxanaya endirilən zərbəni təsdiqləyib

İsrail Ordusu (SAXAL) Qəzza zolağının cənubunda yerləşən xəstəxanaya endirilən zərbəni təsdiqləyib
Crossmedia.az-ın məlumatına görə, bir qədər əvvəl qoşunlar Xan-Yunis şəhərində yerləşən “Nasir” xəstəxanasının ərazisinə zərbə endiriblər. Baş Qərargah rəisi bu insidentlə bağlı qısa müddət ərzində ilkin araşdırma aparılması tapşırığını verib” - məlumatda belə deyilir.
Mətbuat xidmətindən bildirilib ki, “İsrail Ordusu (SAXAL) hadisəyə aidiyyəti olmayan şəxslərə zərər verilməsinə görə təəssüf edir və jurnalistləri hədəf kimi görmür”.
Zərbə nəticəsində həlak olanların sayı 20 nəfərə yüksəlib.
04:21 26.08.2025
Oxunuş sayı: 754