Solovyov politoloq Sergey Markovun həbsi tələbi ilə çıxış edib

Rusiyalı teleaparıcı Vladimir Solovyov politoloq Sergey Markovun həbs olunmasını tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edək ki, Markov daha əvvəl Rusiyada “xarici agentlər” siyahısına daxil edilib.
Solovyov öz proqramında Markovun maliyyələşmə mənbələrinin araşdırılmasının, ona qarşı cinayət işinin açılmasının və həbsinin vacibliyini vurğulayıb:
“Birini — azərbaycanlını artıq ifşa etdilər, amma bu kifayət deyil. Məsələni axıra qədər çatdırmaq, bütün maliyyə axınlarını yoxlamaq və həbsə nail olmaq lazımdır. Bütün təsir agentləri tamamilə aradan qaldırılmalıdır”.
Xumar Emilqızı
23:40 25.08.2025
Oxunuş sayı: 805