Tramp: “Cənubi Koreyada bizneslə məşğul olmayacağıq”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi Cənubi Koreyada biznes fəaliyyəti ilə məşğul olmayacaq.
Crossmedia.az bildirir ki, Tramp Truth Social hesabında yazıb: “CƏNUBİ KOREYADA NƏ BAŞ VERİR? Bu, təmizləmə və ya inqilab kimidir. Biz buna yol verə bilmərik və orada bizneslə məşğul ola bilmərik”.
O, həmçinin qeyd edib ki, bu gün Ağ Evdə Cənubi Koreyanın yeni prezidenti Li Çje Myonla görüşəcək.
Mehriban Yariyeva
20:54 25.08.2025
Oxunuş sayı: 1095