Qazaxıstan və Yaponiya strateji tərəfdaşlığı müzakirə edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yaponiyanın xarici işlər naziri Yoko İvayını qəbul edib.
Crossmedia.az xəbər verir ki, görüşdə iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Tərəflər ticarət-iqtisadi, investisiya və tranzit-nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərinə xüsusi diqqət ayırıblar. Həmçinin Yaponiyanın Baş nazirinin Qazaxıstana gözlənilən rəsmi səfərinə hazırlıq məsələləri nəzərdən keçirilib.
Tokayev bildirib ki, yapon diplomatının səfəri ikitərəfli münasibətlərə yeni təkan verəcək. O, Yaponiyanı Asiyada etibarlı və yaxın tərəfdaş adlandırıb.
Nicat Rüstəmzadə
17:44 25.08.2025
Oxunuş sayı: 1392