İsrail ordusu Qəzzada mülki itkilərə görə təəssüfünü bildirib

İsrail ordusu Qəzzanın cənubunda yerləşən “Naser” xəstəxanası yaxınlığında baş vermiş zərbələr nəticəsində mülki şəxslərin həlak olmasına görə təəssüfünü ifadə edib və jurnalistləri hədəf almadığını açıqlayıb. Ordunun Baş Qərargah rəisi hadisə ilə bağlı ilkin araşdırma aparılması göstərişi verib.
Crossmedia.az bildirir ki, İsrail ordusunun bəyanatında vurğulanıb: məqsəd hərbi əməliyyatlar zamanı mülki əhaliyə zərəri minimuma endirmək və eyni zamanda hərbçilərin təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, daha əvvəl “Al Jazeera” telekanalı hücum nəticəsində 19 nəfərin həlak olduğunu, onlardan beşinin jurnalist olduğunu məlumatlandırmışdı.
Mehriban Yariyeva
16:46 25.08.2025
Oxunuş sayı: 818