“Hetq”: Paris-İrəvan reysini həyata keçirən təyyarə Parisə qayıdıb, təyyarənin qapısı zədələnib

Fransanın “Transavia” aviaşirkətinin Paris-İrəvan reysini həyata keçirən təyyarəsi havada bir neçə dövrə vurduqdan sonra Parisin Orli hava limanına qayıdıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri məlumat yayıb.
Nəşrə sərnişinlərdən biri bildirib ki, təyyarənin qapısı zədələnib.
Məlumata görə, “Boeing” 737-800 təyyarəsinin yerli vaxtla saat 16:10-da İrəvanda olması planlaşdırılırdı, lakin təxminən bir yarım saatlıq uçuşdan sonra təyyarə Parisə geri dönüb.
“Onlayn uçuş izləmə platforması olan “flightradar24.com” saytında görünür ki, təyyarə Parisin yaxınlığında 6 dövrə vurub və yerli vaxtla saat 11:37-də Orli hava limanına təcili eniş edib. Sərnişinlər İrəvana başqa bir təyyarə ilə daşınacaqlar, uçuş Paris vaxtı ilə 13:30-da (İrəvan vaxtı ilə 15:30) nəzərdə tutulur. Əvvəlcədən elan edilmiş 13:30 uçuşu isə hələlik baş tutmayıb”, - deyə KİV qeyd edib.
16:23 25.08.2025
Oxunuş sayı: 1232