Fransa ABŞ səfirini XİN-ə çağırdı

Fransa Xarici İşlər Nazirliyi ABŞ-ın bu ölkədəki səfiri Çarlz Kuşneri Fransa prezidenti Emmanuel Makronun antisemitizmə qarşı mübarizədə kifayət qədər səy göstərmədiyi barədə verdiyi açıqlamalara görə XİN-ə çağırıb. Paris rəsmiləri səfirin açıqlamalarını qəbuledilməz adlandırıb.
Crossmedia.az xəbər verir ki, ABŞ səfiri daha əvvəl Makrona məktub göndərərək onun ölkədə antisemitizmə qarşı mübarizədə zəif fəaliyyətini tənqid etmişdi. Fransa XİN-in bəyanatında isə bildirilib:
“Bu açıqlamalar qəbuledilməzdir. Onlar beynəlxalq hüquqa, xüsusilə də dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyinə ziddir… Səfir Kuşner 25 avqust, bazar ertəsi günü Xarici İşlər Nazirliyinə çağırılıb”.
Fransa XİN həmçinin səfirin iddialarını təkzib edərək ölkədə antisemitizmə qarşı mübarizənin davamlı şəkildə aparıldığını vurğulayıb. Bununla yanaşı, rəsmi Paris antisemitizm hallarının artdığını etiraf edib.
Nihat Tahirov
12:17 25.08.2025
Oxunuş sayı: 983