Türkiyənin Pusu hava hücumundan müdafiə sistemi ilk sınaqlarda uğur qazanıb

Türkiyənin Roketsan şirkəti tərəfindən hazırlanmış Pusu hava hücumundan müdafiə sistemi ilk sınaqlarda uğur qazanıb.
Crossmedia.az xəbər verir ki, Roketsan tərəfindən hazırlanmış Pusu hava hücumundan müdafiə sistemi ilk sınaqlarında hava hədəfini uğurla məhv etdi. Maraqlı məqam odur ki, məhv edilən hədəf İranın "Shahed" kamikadze döyüş sursatına çox bənzəyirdi.
Pusu sistemi həm yer, həm də hava hədəflərinə uyğun olan və iqtisadi cəhətdən sərfəli kiçik "Cirit" raketlərindən istifadə edir. Bu, aşağı qiymətə effektiv hava hücumundan müdafiəni təmin etməyə imkan verir.
22:05 12.08.2025
Oxunuş sayı: 1403