Xaçmazda Şaftalı Festivalı keçiriləcək

Xaçmaz rayonunda "Aqrar biznes və Şaftalı festivalı" təşkil olunacaq.
Crossmedia.az xəbər verir ki, Xudat şəhərində baş tutacaq tədbir Kənd Təsərrüfatı Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti və “Food City Agrocomplex”in birgə təşkilatçılığı ilə keçiriləcək.
Arzu edənlərin iştirak edə biləcəyi festival avqustun 7-də saat 16:00-da Xudatda yerləşən “Food City Agrocomplex”də başlayacaq.
Festival çərçivəsində incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.
15:36 06.08.2025
Oxunuş sayı: 831