Moskva aeroportlarında xaos: 423 uçuş təxirə salınıb
Ukraynanın kütləvi dron hücumu səbəbindən Moskvanın hava limanlarında uçuşlara məhdudiyyət qoyulub, sərnişinlər saatlarla aeroportlarda gözləməli olublar.
Crossmedia.az xəbər verir ki, Ukraynanın kütləvi dron hücumu səbəbindən Moskvanın bütün hava limanlarında uçuşlara məhdudiyyət qoyulub.
Bəzi sərnişinlər 13 saatdan çox gözləyərək aeroportlarda yerdə yatıblar.
Məhdudiyyətlər saat 05:00-da qaldırılsa da, hava limanlarında sıxlıq davam edir.
18:40 16.10.2026
Oxunuş sayı: 64