Sabah bu ərazidə hərəkət məhdudlaşdırılacaq
Sabah Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində qısamüddətli məhdudiyyət tətbiq olunacaq.
Crossmedia.az xəbər verir ki, adıçəkilən ərazidə təmir işləri ilə əlaqədar oktyabrın 17-si saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq ediləcək.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
18:46 16.10.2026
Oxunuş sayı: 68