BMT-nin Baş katibi Qazaxıstana səfər edəcək

BMT-nin Baş katibi Antonio Quterriş avqustun 3-də
Qazaxıstana səfər edəcək.
Crossmedia.az Akordaya istinadən xəbər verir ki, səfər
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə həyata keçiriləcək.
"Kasım-Jomart Tokayev və Antonio Quterriş Almatıda
danışıqlar aparacaq, həmçinin BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Davamlı
İnkişaf Məqsədləri üzrə Regional Mərkəzini ziyarət edəcəklər", - məlumatda
bildirilib.
09:32 01.08.2025
Oxunuş sayı: 1188