Rusiyadakı erməni lider Paşinyan əleyhinə siyasi qüvvələrin birləşməsinə dəstək verəcək

Rusiyanın TASS agentliyi Rusiya Erməni İttifaqının prezidenti Ara Abramyanın 2026-cı ildə keçiriləcək parlament seçkilərində Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana qarşı olan siyasi qüvvələrin birləşməsinə kömək etmə niyyətində olduğunu açıqlamasını yayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir, Abramyanın sözlərinə görə, o, əlində olan bütün imkanlardan istifadə edərək vətənə sevgi ilə iqtisadi və insan potensialını, o cümlədən diasporanın imkanlarını Ermənistanın dirçəlişi üçün istifadə edə biləcək sağlam qüvvələrin birləşməsinə yardım edəcək.
O, həmçinin qeyd edib ki, Paşinyan hökuməti Dağlıq Qarabağı itirib, ölkənin əsas obyektlərinin idarəsini xaricilərə verib, dövlət borcunu artırıb və qiymətlərin yüksəlməsinə səbəb olub.
Fatimə Məmmədova
18:06 31.07.2025
Oxunuş sayı: 1701