Trampa sərt cavab - Medvedev ABŞ-yə nüvə xəbərdarlığı etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Rusiya və Hindistanla bağlı tənqidlərinə cavab verib və dolayısı ilə Amerikaya nüvə zərbəsi ilə hədə-qorxu gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Əgər Rusiya prezidentinin sözləri belə güclü bir ABŞ prezidentində bu qədər əsəbi reaksiya doğurursa, deməli, Rusiya tamamilə haqlıdır və öz yolunda davam edəcək”, – deyə Medvedev bildirib.
O, Trampın Rusiya və Hindistan iqtisadiyyatlarını “ölü” adlandırmasına və bu ölkələrin “təhlükəli əraziyə girdiyi” fikrinə istehza ilə cavab verib:
“Qoy öz sevimli "ölülər" filmlərini xatırlasın, eləcə də təbiətdə mövcud olmayan ‘ölü əl’in nə qədər təhlükəli ola biləcəyini düşünsün”.
Vurğulayaq ki, ekspertlərə görə, Medvedevin “ölü əl” ifadəsi ilə nəzərdə tutduğu Rusiya Federasiyasının nüvə cavab zərbəsi üçün hazırlanmış avtomatlaşdırılmış sistemidir. Belə ki, bu sistem, Rusiya siyasi və hərbi rəhbərliyi tam məhv olunsa belə, ABŞ-yə qarşı zəmanətli cavab hücumunu təmin edir.
Fatimə Məmmədova
18:04 31.07.2025
Oxunuş sayı: 1526