İran: Avropa ölkələri ilə danışıqlar mənasını itirib

İranın Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi Avropa ölkələri ilə – Böyük Britaniya, Fransa və Almaniya (adətən "evrotrio" adlandırılır) – aparılan danışıqların artıq mənasız olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
A.Əraqçının sözlərinə görə, Avropalılar İranın nüvə proqramı ətrafındakı böhranı həll etmək üçün heç bir effektiv addım ata bilmirlər.
“Avropalılarla hazırda danışıqlar aparmağın mənası yoxdur. Onlar nə sanksiyaları ləğv edə, nə də başqa bir şey edə bilirlər. Əgər onlar BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpasını nəzərdə tutan snapback mexanizmini işə salmağa cəhd etsələr, bu, onlar üçün hər şeyin sonu olacaq”, – Abbas Əraqçi vurğulayıb.
Fatimə Məmmədova
17:55 31.07.2025
Oxunuş sayı: 1229