Suriya və Rusiya münasibətləri yeni mərhələyə keçir: Dəməşq əməkdaşlıqda maraqlıdır

Suriya xarici işlər naziri Əsaad əş-Şeybani Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşündə bildirib ki, Suriya Rusiya ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan düzgün münasibətlərin qurulmasında maraqlıdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Əş-Şeybani iki xalq arasında tarixi əlaqələrin olduğunu vurğulayıb: “Bildiyiniz kimi, Rusiya və Suriya xalqları arasında münasibətlər tarixi xarakter daşıyır. Əlbəttə, bu münasibətləri həm müəyyənləşdirən, həm də çətinləşdirən məqamlar var. Biz bu gün yeni Suriyanı təmsil edirik və münasibətlərimizin sağlam əsaslar üzərində inkişaf etməsini istəyirik”.
Nicat Rüstəmzadə
15:00 31.07.2025
Oxunuş sayı: 1195