Rusiya gözlənilmədən Qazax neftinin ixracına blok qoydu

Rusiya səbəb göstərmədən Qazaxıstanla ticarət müharibəsinə başlayıb. Prezident Vladimir Putin Qara dəniz limanlarından xarici tankerlərin neft yükləməsini qadağan edən fərman imzalayıb. Yeni qaydalara əsasən, yalnız Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu yükləməyə icazə verə bilər.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu qərarla Moskva Qazaxıstan neftinin əsas ixrac kanalını Novorossiysk limanını bağlamış oldu. Qazaxıstanın ixrac etdiyi neftin 80 faizindən çoxu məhz bu marşrutla daşınırdı. Yeni vəziyyət Astananı Rusiyadan olan tranzit asılılığından xilas olmağa və neft satışını alternativ yollarla Azərbaycan və Türkiyə üzərindən həyata keçirməyə vadar edir. Hazırda bu istiqamətdə danışıqların intensivləşdiyi qeyd olunur.
Fidan Qarayeva
22:29 30.07.2025
Oxunuş sayı: 1531