İranda edamların sayı iki dəfə artdı

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, 2025-ci ilin ilk yarısında İranda ümumilikdə 612 nəfər edam edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Qeyd olunur ki, edam edilən şəxslərin 40 faizindən çoxu narkotiklərlə bağlı olmayan cinayətlərə görə məhkum olunmuşdular.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, iyunun sonlarından etibarən İranda ən azı altı nəfər casusluq ittihamı ilə asılaraq edam olunub. Bu hadisələr İsrail və ABŞ-ilə baş vermiş 12 günlük müharibədən sonra ölkədə aparılan xüsusi əməliyyatların nəticəsidir. Müharibədən sonra İran xüsusi xidmət orqanları 700-dən çox yerli və naməlum sayda xarici vətəndaşı həbs edib. Hazırda ölkədə casusluqla bağlı istintaqlar və cəzalar davam edir.
Fidan Qarayeva
22:09 30.07.2025
Oxunuş sayı: 1350