Ermənistanda arxiyepiskopun azadlığa buraxılması tələbini məhkəmə rədd etdi

Ermənistanın Şirak vilayəti üzrə Apostol Kilsəsinin rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın vəkillərinin həbs qərarının ləğvi ilə bağlı verdiyi şikayət Apellyasiya Məhkəməsi tərəfindən rədd edilib. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, arxiyepiskopun vəkilləri əvvəlcədən məhkəməyə müraciət edərək ya həbsin ləğvini, ya da alternativ qətimkan tədbirinin seçilməsini tələb etmişdilər.
Vəkillərin yaydığı bəyanatda qeyd olunub ki, məhkəmə hakimi Vaçe Markaryan müdafiə tərəfinin həbs qərarına qarşı verdiyi şikayəti qəbul etməyib. Bildirilir ki, hakimə qarşı verilmiş etiraz vəsatəti də, çox güman ki, rədd olunub.
Vəkillər onu da əlavə ediblər ki, arxiyepiskop Adjapaxyana qarşı qətimkan tədbirinin dəyişdirilməsi məsələsi ilkin məhkəmə dinləmələri zamanı yenidən müzakirə olunacaq.
Xatırladaq ki, arxiyepiskop Mikael Adjapaxyan barəsində hakimiyyəti zorla ələ keçirməyə çağırış və suverenlikdən imtinaya yönəlmiş bəyanatlara görə cinayət işi başlanıb.
Fatimə Nəbiyeva
19:03 30.07.2025
Oxunuş sayı: 1321