Rusiya XİN nümayəndəsi: NATO Cənubi Qafqazda neokolonial siyasət yürüdür

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Şimali Atlantika Alyansı (NATO) uzun illərdir Cənubi Qafqaz regionunda möhkəmlənməyə çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Onun sözlərinə görə, NATO-nun əsas məqsədi region ölkələrinin potensialı və resurslarından kollektiv Qərbin maraqları üçün istifadə etməkdir, xüsusilə Rusiya ilə geosiyasi qarşıdurmanın artdığı şəraitdə.
Zaxarova qeyd edib ki, NATO-nun yanaşması bərabərhüquqlu münasibətlərdən uzaqdır və resursların çıxarılması, regionda münaqişələrin qızışdırılması, həmçinin neokolonial siyasətin təbliği ilə xarakterizə olunur.
Rusiya rəsmisi həmçinin ümid etdiyini bildirib ki, Cənubi Qafqaz ölkələri, xüsusən Ermənistan və Azərbaycan, NATO ilə əməkdaşlığın yaratdığı riskləri anlayacaq. Zaxarova vurğulayıb ki, tarix göstərir ki, bu siyasətin nəticələri təhlükəli ola bilər.
Nigar Rəhimova
18:25 30.07.2025
Oxunuş sayı: 1382