ABŞ: “Cənubi Qafqaz Rusiya hökmranlığından azad olur, Vaşinqtonla tərəfdaşlığa yönəlir”

Cənubi Qafqaz ölkələri Ermənistan və Azərbaycan Rusiya təsirindən çıxaraq ABŞ-ın maraqlarına uyğun müstəqil inkişaf yolunu seçir.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Rusiya uzun müddət regionda vasitəçi rolunda çıxış edərək münaqişələri uzatmaq və Cənubi Qafqaz ölkələrini təcrid vəziyyətində saxlamaq üçün öz mövqeyindən istifadə edib. Lakin indi Ermənistan və Azərbaycan “Rusiya boyunduruğunu ataraq” ABŞ-la əməkdaşlığa əsaslanan yeni mərhələyə qədəm qoyurlar.
“Mərkəzi dəhlizin coğrafiyası ona unikal strateji və iqtisadi əhəmiyyət verir. İran və Rusiya kimi ABŞ-ın rəqibləri arasında yerləşən bu marşrut Mərkəzi Asiyadan Qərbə ticarət üçün yeganə maneəsiz yoldur. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan böyük enerji və təbii resurs ehtiyatlarına sahibdir”, deyə senator Deyns qeyd edib.
O, Tramp administrasiyasının səylərinin iki ölkə üçün tarixi imkan yaratdığını vurğulayıb. Onun fikrincə, hazırda yekunlaşdırılmaq üzrə olan razılaşma yalnız Cənubi Qafqaza və Mərkəzi Asiyaya deyil, ABŞ və onun müttəfiqlərinə də uzunmüddətli fayda verəcək.
“Regionda və bütün dünyada sülh və sabitlik naminə Ermənistan və Azərbaycan liderləri bu razılaşmanı dərhal imzalamalıdır”, deyə o əlavə edib.
Senator, həmçinin qeyd edib ki, İsrail-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi ABŞ-ın milli təhlükəsizliyi və İrandan qaynaqlanan təhdidlərə qarşı mübarizə baxımından həyati əhəmiyyət daşıyır.
Nigar Rəhimova
18:01 30.07.2025
Oxunuş sayı: 1443