Deputat Artur Sarkisyan barəsində yeni cinayət işi açılıb

Ermənistanda həbsdə olan deputat Artur Sarkisyan barəsində yeni cinayət işi başlanıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi açıqlama verib.
Crossmedia.az xəbər verir ki, məlumatı Sputnik Armenia yayıb.
Nazirliyin məlumatına görə, Sarkisyan Sisyanda (indiki Qarakilsə) icma rəhbəri vəzifəsində çalışdığı dövrdə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İstintaq materiallarına əsasən, 2021-ci ilin sentyabrında o, 4,6 hektar sahəsi olan otlaq ərazisinin hərrac yolu ilə satışını Ağsaqqallar Şurasına təsdiq üçün təqdim edib. Nəticədə ərazi 661 min dram (təxminən 3 min manat) qarşılığında özəlləşdirilib. Lakin DİN-in məlumatına görə, həmin torpağın real bazar dəyəri 16 milyon dram (təxminən 80 min manat) olub.
Cinayət işi araşdırılması üçün Antikorrupsiya Komitəsinə göndərilib.
Qeyd edək ki, Artur Sarkisyan iyulun əvvəlində iki ay müddətinə həbs edilib. Məhkəmə onun azadlıqda qalacağı təqdirdə istintaqa mane ola biləcəyini əsas gətirərək həbs qətimkan tədbiri seçib. Deputatın yalnız yaxın qohumları və vəkili ilə əlaqəsinə icazə verilib.
Sarkisyana qarşı daha bir ittiham isə “konstitusiya quruluşunu devirmək məqsədilə terror aktlarının hazırlanması” ilə bağlıdır.
Nigar Rəhimova
16:44 30.07.2025
Oxunuş sayı: 1096