Suriyanın müxalifət liderindən önəmli mesaj: “Vahid ölkə, fərqli sistem”

Suriya
Demokratik Qüvvələrinin (SDF) lideri Mazlum Abdi ölkənin gələcəyi ilə bağlı
vacib açıqlamalar verib. Belə ki, o, Suriyanın yenidən qurulmasında mərkəzsizləşdirmənin
əsas rol oynayacağını bildirib:
Crossmedia.az
xəbər verir ki , bu barədə xarici KİV məlumat yayıb.
“Suriyanın
yenidən qurulmasının həlli mərkəzsizləşdirmədir. Bəzi qurumlar mərkəzləşdiriləcək,
digərləri isə mərkəzləşdirilməmiş və əyalətlərin nəzarəti altında fəaliyyət
göstərəcək”,-deyə o qeyd edib.
Həmçinin,
lider əlavə edib ki, əyalətlər kantonlar və vahid ştatlar modelində olacaq:
“Dünyanın
bütün ölkələrində olduğu kimi, əyalətlər kantonlar və vahid ştatlar modelində
olacaq. Bəzi şəxslər, bəzi qruplar, hətta cəmiyyətin bəzi təbəqələri
inteqrasiyadan narahatdırlar.100 min silahlının Suriya Müdafiə Nazirliyinə
inteqrasiyası böyük əməliyyatdır. Biz Suriya Müdafiə Nazirliyinin tərkibində
olacağıq. Biz vahid Suriyanı və vahid ordunu dəstəkləyirik. Lakin bunu həyata
keçirmək üçün zaman lazımdır”.
Fatimə
Məmmədova
11:42 30.07.2025
Oxunuş sayı: 979