Ermənistana qarşı 1,5 milyard dollarlıq iddialar arbitraj məhkəməsində baxılır

Ermənistan
mətbuatının yazdığına görə, ölkəyə qarşı Arbitraj Ticarət Məhkəməsində ümumi məbləği
təxminən 1,5 milyard dollar olan iddialar üzrə proseslər davam edir.
Crossmedia.az
xəbər verir ki, bu barədə xarici media mənbələri məlumat verib.
Belə
ki, hazırda Ermənistana qarşı 5 iddia qalıb: Walnord Finance Limited, Amulsar
Investor Ventures LLC, Sanitek C.a.r.l., Sari Haddad & Elias Doumet və Air
Arabia. Sonuncu iş ANIF dövlət fondunun müflisliyi və vəsaitlərin mənimsənilməsi
ilə bağlıdır.
Eyni
zamanda bildirilir ki, Ermənistan hökuməti artıq iki işi udub. Onlardan biri
Rasia FZE investisiya şirkəti ilə bağlı olub.
Fatimə Məmmədova
11:39 30.07.2025
Oxunuş sayı: 1111