Prezident Ərdoğan: Türkiyədə meşə yanğınlarının 96 faizi insan amilindən baş verib

Türkiyə sakinləri bu gün ayrı-ayrı şəxslərin ətraf mühitə etinasızlığına görə yüksək qiymət ödəməyə məcburdurlar. Məsələ ondadır ki, ilin əvvəlindən ölkəmizdə qeydə alınan 4247 meşə yanğınının 96 faizi insanların təqsiri üzündən baş verib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 28-də Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.
Dövlət başçısının sözlərinə görə, təxribat və yaşıl massivlərin yandırılması halları qeydə alınır. Türkiyə lideri deyib ki, yanğınların başverməsində əli olan hər kəs qanun çərçivəsində tam məsuliyyət daşıyacaq..
“İstilik, aşağı rütubət və güclü külək yanğın riskini artırır. Biz bütün lazımi tədbirləri gördük. Türkiyənin meşə massivləri 14 PUA və 776 müşahidə qülləsi vasitəsilə gecə-gündüz nəzarətdə saxlanılır ki, bu da yanğınları orta hesabla 2 dəqiqəyə müəyyən etməyə imkan verir, yanğınla mübarizə isə artıq 10-11 dəqiqəyə başlayır”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri daha sonra bölgədəki ziddiyyətlərin, böhranların və müharibələrin həlli istiqamətində görülən səylər mövzusunu şərh edib. “Ölkəmizin sərhədləri yaxınlığında böhranlar güclənir, Ankara isə problemlərin həlli üçün səylərini artırır. Rusiya ilə Ukrayna arasında gedən müharibə kontekstində biz ilk gündən sülhün tərəfdarıyıq. Əminik ki, bu müharibə nəhayət başa çatmalıdır”, - deyə Ərdoğan vurğulayıb.
Prezident xatırladıb ki, hər fürsətdə Türkiyədə Ukrayna ilə bağlı sammitin keçirilməsinə çağırır.
08:36 29.07.2025
Oxunuş sayı: 1255