Çilinin şimalında 5,2 maqnitudada zəlzələ baş verib

Çilinin şimalında 5,2 maqnitudada zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Antofaqasta şəhərindən 238 km cənub-şərqdə, mənbə 111 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
09:09 24.07.2025
Oxunuş sayı: 1326