Tramp ABŞ-da süni intellektin inkişafı ilə bağlı fərmanlar imzalayıb

ABŞ Prezidenti Donald Tramp ölkədə süni intellekt texnologiyalarının inkişafını və bu sahədə hazırlanan məhsulların ixracının genişləndirilməsini hədəfləyən üç icra sərəncamı imzalayıb. Tramp bu barədə Vaşinqtonda keçirilən ixtisaslaşmış konfransda çıxışı zamanı bildirib.
"Amerika süni intellekt yarışına başlayan ölkədir. Və bu gün, ABŞ Prezidenti olaraq bəyan edirəm ki, bu yarışı Amerika qazanacaq", – deyə Tramp vurğulayıb.
O, həmçinin bildirib ki, ABŞ hazırda süni intellekt sahəsində Çini ciddi şəkildə qabaqlayır” və bu üstünlüyünü möhkəmləndirmək niyyətindədir.
08:56 24.07.2025
Oxunuş sayı: 1477