“Kipr türklərinə qarşı onilliklərdir davam edən ədalətsizlik sona yetməlidir” - ƏRDOĞAN

Prezident Ərdoğan bəyan edib ki, Türkiyə Kipr məsələsində "İki Dövlətli" həll yolunu tam dəstəkləyir və artıq beynəlxalq ictimaiyyətin adadakı reallıqları qəbul etməsinin vaxtı çatıb.
Crosmedia.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, uzun illərdir Kiprdə yaşayan türk icması haqsızlıqla üz-üzədir və bu vəziyyətə beynəlxalq aləmin biganə qalması qəbuledilməzdir. O vurğulayıb ki, Kiprdə ədalətli və davamlı sülh yalnız adada iki ayrı xalqın və dövlətin mövcudluğunu tanımaqla mümkündür.
“Reallıqlar göz önündədir, artıq dünya bu həqiqətlərlə barışmalıdır,” – deyə Ərdoğan bildirib.
21:24 20.07.2025
Oxunuş sayı: 1091