Ermənistan və İran Azərbaycanla danışıqları müzakirə etdi

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iranlı həmkarı Əli Əkbər Əhmədyanla telefon danışığı aparıb. C
rossmedia.az bildirir ki, danışıq zamanı Qriqoryan Azərbaycanla keçirilən danışıqların detalları barədə Tehranı məlumatlandırıb.
Ermənistan tərəfi həmçinin vurğulayıb ki, tranzit marşrutlar ölkələrin ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərməlidir.
Qeyd edək ki, İran isə öz növbəsində Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.
Fidan Xəlilova
18:06 19.07.2025
Oxunuş sayı: 938