Avropa üçlüyündən İrana xəbərdarlıq: “Sanksiyalar bərpa oluna bilər”

Almaniya, Fransa və Böyük Britaniya İran hökumətinə nüvə proqramı ilə bağlı diplomatik danışıqları dərhal bərpa etməsi ilə bağlı xəbərdarlıq ediblər. Avropa ölkələri bəyan ediblər ki, əgər qarşıdakı altı həftə ərzində Tehran tərəfindən nəzərəçarpacaq addımlar atılmasa, BMT-nin İrana qarşı əvvəlki sanksiyalarını bərpa etməyə hazırdırlar.
Crossmedia.az-ın məlumatına görə, xəbərdarlıq İranın xarici işlər naziri Abbas Əraqçının üç Avropa ölkəsinin xarici işlər nazirləri və Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi ilə keçirdiyi danışıqlardan sonra səsləndirilib.
Avropa dövlətləri dəfələrlə bəyan ediblər ki, əgər nüvə razılaşması üzrə irəliləyiş əldə olunmasa, "snapback" adlanan mexanizm vasitəsilə BMT-nin Tehrana qarşı əvvəlki bütün sanksiyalarını bərpa edəcəklər.
18:43 18.07.2025
Oxunuş sayı: 1026