Putin Avropa ilə münasibətlərin bərpasına hazır olduqlarını açıqladı
Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələri ilə münasibətlərin bərpasına və əməkdaşlığın yenidən qurulmasına hazır olduqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Putin bu barədə Hərbi-Sənaye Komissiyasının iclasında çıxışı zamanı danışıb. O, Rusiyanın Avropadakı qonşuları ilə əməkdaşlığa və münasibətlərin bərpasına hazır olduğunu qeyd edib.
Rusiya lideri eyni zamanda NATO-dan qaynaqlanan təhlükələrə də toxunub. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı genişlənməkdə və hərbi imkanlarını artırmaqda davam edir.
22:58 18.09.2026
Oxunuş sayı: 41