Özbəkistan və Əfqanıstan xarici işlər nazirləri görüşüb

Özbəkistanın xarici işlər naziri Baxtiyor Sayidov Kabildə Əfqanıstanın icraçı xarici işlər naziri ilə görüş keçirib.
Görüş zamanı tərəflər birgə su resurslarının idarə olunması, təhsil sahəsində dəstək və mədəni irsin bərpası daxil olmaqla bir sıra əsas sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üzrə razılığa gəliblər.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Baxtiyor Sayidov özünün Telegram kanalında bildirib ki, Özbəkistan Əfqanıstanın region və qlobal proseslərə daha sıx inteqrasiyasını, sülh, sabitlik və ümumi inkişafın gücləndirilməsini beynəlxalq səviyyədə təşviq etməyə davam edəcək.
Nigar Rəhimova
14:48 18.07.2025
Oxunuş sayı: 766