Dövlət Departamentinin sözçüsü: "İsrailin Suriyaya son hücumları ABŞ tərəfindən dəstəklənmir"

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus ABŞ-nin İsrailin son hücumlarını dəstəkləmədiyini söyləyib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Brus mövcud böhranı idarə etmək və uzunmüddətli razılaşma əldə etmək üçün həm İsrail, həm də Suriya ilə ən yüksək diplomatik səviyyələrdə təmas saxladığı bildirilib.
O, əlavə edib ki, ABŞ prezidenti Donald Tramp çiçəklənən Yaxın Şərq və qonşuları ilə sülh şəraitində sabit Suriyaya dair aydın baxışını açıqlayıb. Onun fikrincə, İsrail və Suriya arasında sülh bu planın əsas sütunudur.
Brus vurğulayıb ki, Amerika baş verənlərdən narazılığını açıq şəkildə ifadə edilib və buna son qoyulması üçün çevik addımlar atılıb.
12:20 18.07.2025
Oxunuş sayı: 799