İran səfiri: “Ermənistanın Aİ ilə yaxınlaşması İranla münasibətlərə xələl gətirməyəcək”

İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib ki, Ermənistan rəsmiləri digər ölkələrlə, o cümlədən Avropa dövlətləri ilə əməkdaşlığın inkişafının İrəvan-Tehran münasibətlərinə mənfi təsir göstərməyəcəyinə dair Tehrana təminat veriblər.
Crossmedia.az xəbər verir ki , bununla bağlı, ermənipərəst iranlı ekspert Ehsan Movəhhediyan “Telegram” kanalında paylaşım edib.
Sübhani Ermənistanın televiziyasına müsahibəsində vurğulayıb ki, Tehran erməni dostlarına güvənir və hesab edir ki, Ermənistan hökuməti İranla əməkdaşlığa kifayət qədər həssas yanaşır. O əlavə edib ki, Tehran bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsinə, eləcə də İrəvanla qonşuları arasında dinc yanaşı yaşamağa maraqlıdır.
O, regional kommunikasiyaların açılmasına da münasibət bildirib. O qeyd edib ki, Tehran bu prosesə qarşı deyil, lakin onun yalnız “milli və ərazi suverenliyi çərçivəsində baş tutması” şərti ilə ola bilər.
11:35 18.07.2025
Oxunuş sayı: 973