Türkiyədə əhalinin əksəriyyəti nüvə silahının hazırlanmasını dəstəkləyir

Türkiyədə aparılan son sorğunun nəticələrinə əsasən, əhalinin böyük bir hissəsi ölkənin nüvə silahı hazırlamasını istəyir.
Crossmedia.az "Research Istanbul" tərəfindən keçirilən sorğuya istinadən bildirir ki, respondentlərin 71%-i İsrailin İrana qarşı son hücumlarından sonra Türkiyənin nüvə silahı istehsal etməli olduğunu düşünür.
Araşdırmanın nəticələri Türkiyə vətəndaşlarının milli müdafiə məsələlərində artan narahatlığını və Ankaranın potensial təhdidlərə qarşı durmaq bacarığına olan inamsızlığını ortaya qoyur. Son illərdə Türkiyə hökumətinin müdafiə sənayesinə böyük sərmayə yatırmasına baxmayaraq, ölkə əhalisinin hava hücumundan müdafiə sistemlərinə olan etibarı aşağı səviyyədə qalır. Sorğuda iştirak edənlərin təxminən yarısı hücum halında bu sistemlərin effektivliyinə şübhə ilə yanaşdıqlarını bildirib.
Bundan əlavə, respondentlərin 72%-i NATO-nun mümkün bir hücum halında Türkiyəni effektiv şəkildə müdafiə edə biləcəyinə inanmır. Bu isə Türkiyə cəmiyyətində müttəfiqlərə və beynəlxalq təhlükəsizlik mexanizmlərinə olan inamın zəiflədiyini göstərir.
05:23 18.07.2025
Oxunuş sayı: 727