Suriya türkmanları druzlara qarşı səfərbərlik elan edir - YENİLƏNDİ

Əhməd əş-Şaraa və onun liderliyini etdiyi Suriya hökuməti İsrailin tələblərini qəbul etmədiyi üçsn müharibəyə çəkilir.
Bu barədə Crossmedia.az xəbər verir ki, İsrailə məxsus dronlar Suriya hava sahəsini pozaraq Dəraa, Quneytra və Əs-Suveyda bölgələri üzərində uçuş həyata keçirirlər.
Ərəb əşirətləri qüvvələri Suveyda istiqamətində irəliləməyə davam edir. Hazırda bu xətt üzərində bir neçə İsrail dronu uçuş həyata keçirir.
Suriyanın paytaxtı Dəməşq şəhərinin mərkəzi - Əməvi meydanına gedən bütün yollar qapadılıb. Mülki şəxslər bölgədən təxliyyə edilir.
İsrailin Dəməşqə hücumu gözlənilir.
İsrail HHQ Suveyda istiqamətində irəliləyən əşirət qüvvələrinə zərbə endirdi və İsrail tərəfi Suveyda şəhərinin qərb məhlələrinə zərbələr endirir.
Əşirət qüvvələri sürətli şəkildə druzların mərkəzi hesab edilən Suveydaya daxil olmağa çalışırlar.
-----------
00:23
Mənbic əşirətləri də druzlara qarşı hərəkata qoşulmağa qərar verdilər.
Əhməd əş-Şaraanın idarəetməsi altında olan ərazilərdəki ərəb əşirətləri druzlara qarşı birləşməkdədirlər.
İsrail Suriyanın paytaxtı Dəməşqi bombalayır.
00:23 18.07.2025
Oxunuş sayı: 959