İran Yəmənə hərbi texnika göndərilməsi ilə bağlı iddiaları təkzib edir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai husilər üçün İrandan Yəmənə hərbi yüklərin göndərilməsi ilə bağlı xəbəri “əsassız” adlandırıb.
Crossmedia.az xəbər verir ki, İsmail Bəqai deyib: "ABŞ-nin bu hərbi yükün ələ keçirilməsi ilə bağlı bəyanatı ictimai rəyi İsrailin bölgədəki hücumları və Amerikanın dağıdıcı və təhlükəsiz olmayan müdaxilələri ilə bağlı əsas məsələdən yayındırmağa yönəlmiş saxtakarlıq cəhdidir".
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərə istiqamətlənmiş 750 tondan çox döyüş sursatı və hərbi texnika da daxil olmaqla İran silahlarını ələ keçirdiyini bildirmişdi.
23:46 17.07.2025
Oxunuş sayı: 636