Fransa ordusu 65 ildən sonra Senegaldan tamamilə çıxır

Fransa iyulun 17-də özünün sonuncu hərbi bazalarını rəsmi şəkildə Senegala təhvil verəcək. Bununla da Fransa ordusunun Qərbi və Mərkəzi Afrikada daimi hərbi mövcudluğu sona çatacaq.
Crossmedia.az xəbər verirki bu barədə Fransanın "France 24" kanalı məlumat yayıb.
Bu hadisə ilə Fransa ordusunun Senegalda 65 il davam edən hərbi mövcudluğu başa çatır. Daha əvvəl də Fransa öz qoşunlarını qitədəki digər ölkələrdən çıxarmışdı. Bu, keçmiş koloniyaların getdikcə daha çox müstəqilliklərini vurğulaması və Parisdən uzaqlaşmaq istəkləri ilə əlaqələndirilir.
Senegalda əsas vəzifəsi yerli ordu ilə birgə əməliyyatlar keçirmək olan təxminən 350 fransız əsgəri ölkəni tərk edəcək. Bu proses üç aydan artıq davam edib. Fransa bazaların təhvilinə 2024-cü ilin mart ayında başlamışdı. 2024-cü il prezident seçkilərində qələbə qazanan Bassiru Diomae Faye Fransadan 2025-ci ilə qədər qoşunlarını tamamilə geri çəkməyi tələb etmişdi.
Lakin Burkina-Faso, Mali və Niger kimi digər keçmiş koloniyalardan fərqli olaraq, Prezident Faye Senqalın Parislə əməkdaşlığını davam etdirəcəyini bildirib.
21:15 17.07.2025
Oxunuş sayı: 729