ABŞ-nin İranda vurduğu nüvə obyektlərindən yalnızı biri məhv edilib

ABŞ-nin İrana qarşı hava hücumları zamanı hədəf aldığı üç nüvə obyektindən yalnız biri ciddi şəkildə zərər görüb.
Bu barədə Crossmedia.az “NBC News” telekanlına istinadən xəbər verir ki, digər iki obyekt qismən zərər çəkib və Tehran yaxın aylarda bu obyektlərdə nüvə zənginləşdirmə fəaliyyətini bərpa edə bilər.
Məlumata görə, bu qiymətləndirmə ABŞ-nin “Gecəyarısı Çəkici” (Midnight Hammer) adlandırılan əməliyyatından sonra Tehranın nüvə potensialına dair davam edən araşdırmaların nəticəsidir.
Qeyd olunub ki, bəzi ABŞ və İsrail rəsmiləri Tehranın danışıqlara qayıtmaqdan imtina etməsi və ya nüvə obyektlərini yenidən bərpa etməsi halında yeni hərbi zərbələr ehtimalını nəzərdən keçirirlər.
23:33 17.07.2025
Oxunuş sayı: 582